Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-da koronavirusu neytrallaşdıran preparat yaradılıb

ABŞ-ın Pittsburq Universitetinin alimləri SARS-CoV-2 virusunu tam şəkildə neytrallaşdıran ən kiçik bioloji molekulu tapıblar. Bu barədə “Cell” jurnalı yazıb.

Bildirilir ki bu molekul COVID-19-a qarşı Ab8 dərmanı yaratmaq üçün istifadə edilən tamölçülü anticisimdən 10 qat kiçik bir zülal birləşməsidir. Araşdırmanın nəticəsi göstərir ki, Ab8 siçanlarda SaRS-CoV-2-nin profilaktikası və müalicəsində effektli təsir edir.

Molekulun kiçik ölçüsü toxumalara diffuziya qabiliyyətini artırır, bu da virusu daha yaxşı neytrallaşdırmağa və eyni zamanda, dərmanın tənəffüs yolu ilə qəbuluna imkan verir. Preparat insan hüceyrələri ilə bağlanmır və bu da yan təsirləri minimuma endirməyə imkan yaradır.

R.TAHİR,
“Xalq qəzeti”

16 Sentyabr 2020 16:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Sentyabr 2020 | 16:07
Kəndlərimiz azad edilib

Köhnə versiyamızdan xəbərləri izlə