Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bill Qeytsin atası böyük Bil Qeyts dünyasını dəyişib

“Microsoft”un qurucusu Bill Qeytsin atası – böyük Bill Qeyts 94 yaşında vəfat edib.

Bu barədə CNBC-in yaydığı məlumatda bildirilir ki, ata Qeyts 14 sentyabrda – bazar ertəsi günü ABŞ-ın Vaşinqton ştatındakı çimərlik evində altsqeymer xəstəsi olaraq ölüb. Onun sağlamlığının tədricən pisləşdiyi qeyd olunur. Ata Qeyts evdə ailə üzvlərinin əhatəsində dünyasını dəyişib.

“Atam əsl Bill Qeyts idi. O, can atdığım hər şey idi. Ondan ötrü hər gün darıxacağam” – “Microsoft”-un qurucusu oğul Qeyts öz bloqunda belə yazıb. O, uşaqlıqda atasının onu bacardıqlarını etməyə deyil, yeni şeylər öyrənməyə məcbur etdiyini vurğulayıb.

Düsnyanın ən varlı insanlarından biri olan milyarder valideynlərinin qeyd-şərtsiz sevgisi və dəstəyinin onun üçün çox şey ifadə etdiyini söyləyib. Bunun Paul Allen ilə birlikdə “Microsoft”a başlamaq üçün kollecdən ayrılmaq kimi böyük risklərdən çəkinməməsinin səbəblərindən biri olduğunu  da etiraf edib.

Ata Qeyts – Uilyam Henri Qeyts amerikalı korporativ vəkil və xeyriyyəçi olub. “Dünyaya gəliş: həyat hədiyyələri haqqında düşüncələr” kitabının müəllifidir.

R.TAHİR,
“Xalq qəzeti”

16 Sentyabr 2020 16:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Sentyabr 2020 | 16:07
Kəndlərimiz azad edilib

Köhnə versiyamızdan xəbərləri izlə