Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rəşad Mahmudov: karantin xəstəxanalarında yataqların 90 faizdən çoxu boşdur

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru Rəşad Mahmudov koronavirus pandemiyasına görə dünyada və Azərbaycanda bundan öncə atılan addımlar və qarşıda bizi gözləyən proseslərlə bağlı KİV-ə açıqlamasında bildirib:

– Ətrafımızda insanlardan 100 nəfərdən biri qriplə qarşılaşmaya bilər, hamı qrip infeksiyasını keçirib. COVİD-19 kimi virusla da hamımız zaman-zaman qarşılaşacağıq. Bu gün dünya səhiyyə sistemi COVİD-19 virusu ilə bağlı hadisələrə 70--80 faiz nəzarət edə bilir. Kütləvi yoluxmanın gətirəcəyi stres və virusu öyrənməyə görə pandemiyanı effektli nəzarətdə saxlamaq üçün böyük iqtisadi-sosial ziyana baxmayaraq hökumət xeyli insanı evdə saxlamaq qərarı verməyə məcbur oldu.

3 ay bundan qabaqkı vəziyyətlə müqayisədə dünyada və  ölkəmizdə vəziyyətin qismən yaxşılaşmasının, yumşalma tədbirlərinə keçilməsinin səbəbi pandemiaynın gedişini nəzarərdə saxlamağımız, virusun yoluxma çevrəsini öyrənməyimizdir.  İndi bu virusun davranma üsulunu bilirik-- COVİD-19 sadə qripdə olduğu kimi yayılır, hava yolu təması ilə keçir. Biz bundan mümkün üsullarla  qorunmaqla gündəlik həyatımızı davam etdirə bilirik.

İndi ölkəmizdə vəziyyət tam nəzarət altındadır, karantin xəstəxanalarının yataqlarının 90 faizindən çoxu boşdur, əlavə xəstəxanalar da ayrılır. Amma virus bizimlədir, növbəti dalğa bizim gücümüzdən böyük olarsa, nəzarətdən çıxa bilər. Burada virusun davranma tərzi də nəzərə alınmalıdır, aprel ayında virusa yoluxanlarda ağciyər tutulması 1 faiz olmadığı halda, iyun--iyul aylarında yoluxanların 90 faizində ağciyərdə zədələnmələr oldu. Bunu dərəcəsindən asılı olaraq xəstə hiss etməyə bilərdi.

Qorxutmaq üçün demirəm, amma virusun növbəti davranışının necə olacağı da bəlli deyil. Buna görə yüksək dərəcədə ehtiyatlı olmalıyıq. Amma biz əvvəlki qədər qorxub evlərə bağlanmayacağıq. Çünki dünyanın artıq yetərli təcrübəsi var: ehtiyatımızı 5 qat artırmalıyıq, ən yüksək səviyyədə məsuliyyətli olmalıyıq.

Tanınmış kardiocərrah daha sonra Ümumdünya Səhiyyə Təşkilatının payızda vəziyyətin daha da pisləşə biləcəyi haqda xəbərdarlığını xatırladıb:

– Virusun insanlarda yaratmış olduğu qorxunu unutmamaqla, uşaqlarımızın adi qripə yoluxacağı zaman keçirəcəyimiz halı düşünərək, bizi nələrin gözləyəcəyinə hazır olmayıq ki, həmin vaxt vahiməyə düşüb stresə düşməyək. Bu payızdan başlayaraq istər peyvənd olsun, istər olmasın – müəyyən qədər rahat nəfəs almaq mümükün olacaq. Növbəti adi qripə yoluxma da COVİD-19 və digər virus xəstəlikləri kimi olacaq. Vaxtilə “Heptatit A” virusundan nə qədər insan həyatını itirib, amma indi belə viruslar davranışını dəyişərək insanın bədənində ona zərər vermədən yaşayır. Virusun yaşaması üçün insana ehtiyacı var. Sadəcə, indi çaşqınlıq var, bunu da virus yaratmayıb. O, belə aqressiv olmamalı idi. Biz virusa müdaxilə etmişik, buna bioloji ehtimallar var. Virusun belə fərqli davranması, ağciyərə, ürək-damar sisteminə qarşı həssaslığı ilə bağlı şübhələrimiz var. 

Açıqlamasının sonunda Rəşad Mahmudov ÜST-ün yeni alovlanmalar olduğu zaman hər bir ölkəyə tövsiyələr verdiyini də söyləyib: “Artıq konkret qərar verildi. Ağır, sərtləşdirilmiş karantin rejimlərinin COVİD-19 virusu ilə mübarizədə zərərinin daha çox olduğu sübut olundu. Əslində, bu zərərin çox olduğunu hamı bilirdi. Amma tibbi nöqteyi-nəzərdən faydasına görə sərt karantin təşkil olunurdu. Əvvəlki məhdudiyyətlərin bizim üçün yaratdığı fiziki passivlik də mənfi nəticəsini verdi. Bundan sonra ən ağır, pik hadisələr olsa belə parklarımız bağlanmayacaq. Biz məsafəni gözləməklə, maskadan istifadə etməklə gündəlik həyatımıza davam edə biləcəyik”.

Hazırladı:
Tahir AYDINOĞLU,

“Xalq qəzeti”

16 Sentyabr 2020 14:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Yanvar 2021 | 11:28
20 Yanvar...
19 Yanvar 2021 | 14:50
Qanlı və Şanlı 20 Yanvar…

Köhnə versiyamızdan xəbərləri izlə