Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gürcüstanda COVID-19-a nyoluxma artır

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 196 yoluxma halı qeydə alınıb.  

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 2 min 758 nəfərə çatıb. 

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 6 min 633 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1412 nəfərin sağaldığı,  19 nəfərin isə vəfat etdiyi bildirilir.

R.TAHİR,
“Xalq qəzeti”

16 2020 14:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Sentyabr 2020 | 10:53
“Abşeron”dan görünənlər…

Köhnə versiyamızdan xəbərləri izlə