Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Akademik Yaqub Mahmudov: Qədim Erebuni qalasının indiki İrəvan şəhəri ilə heç bir əlaqəsi olmayıb

Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinin adı indiyədək iki dəfə dəyişdirilib. Birinci dəfə çar Rusiyasının işğalından sonra - 1828-ci ildə Erivan (Эривань), ikinci dəfə isə 1936-cı ildə ermənilər tərəfindən dəyişdirilərək Yerevan (Ереван) adlandırılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, erməni tarixçiləri hazırda Yerevan adlandırdıqları şəhərin adını Urartu çarı I Argiştinin dövründə - eradan əvvəl 782-ci ildə salınmış Erebuni (İrpuni) qalasının adı ilə bağlamağa çalışırlar. Erebuni qalası yalnız hərbi istehkam məqsədilə inşa edilib və onun ətrafında heç vaxt şəhər infrastrukturu formalaşmayıb. Urartuluların ermənilərə heç bir aidiyyəti olmadığı kimi, qədim Erebuni qalasının da indiki İrəvan şəhəri ilə nə məkan, nə də tarix baxımdan heç bir əlaqəsi olmayıb.

 

16 Sentyabr 2020 10:07 -

Köhnə versiyamızdan xəbərləri izlə