Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AzTU-nun rektoru müəllim və tələbələrlə videoformatda görüş keçirdi

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev 2020/2021-ci tədris ilinin başlaması münasibətilə universitetin müəllim və tələbələri ilə videoformatda görüş keçirib.

AzTU-dan verilən məlumatda bildirilir ki, müəllim və tələbələri yeni tədris ili müenasibəti ilə təbrik edən rektor bildirib ki, pandemiya səbəbindən dərslər onlayn keçiriləcək.

Onlayn dərslərin keyfiyyəti ötən semestrdən fərqli olaraq daha da təkmilləşdirilib. Dərslər "Microsoft Teams" platforması üzərindən təşkil edilib. Rektor videogörüşdə müəllim və tələbələri yeni tədris ilində daha məsuliyyətli olmağa çağırıb və təhsilin inkişafı istiqamətində uğurlar arzulayıb.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

16 Sentyabr 2020 09:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə