Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qurban Qurbanovdan "Molde" ilə oyunöncəsi açıqlama

"Milli komandaların fasiləsindən sonra bu oyuna hazırlaşmağa iki gün vaxtımız oldu. Ümumi durum pis deyil".

Sportline.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Molde" ilə 16-sı sentyabrda keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
O, komandanın son durumu ilə bağlı danışıb: "Bir neçə futbolçumuzun mikrozədələri var, bu bizi narahat edir. Xayme Romero və Mahir Emreli isə zədəlidir. Rəqibimiz də bu turnirə çox ciddi hazırlaşır. Çox intizamlı komandadır. "Molde" fərqli sistemdə oynayır. Belə tip rəqiblərə qarşı bir neçə dəfə oynamışıq. İnanıram ki, rəqibi düzgün analiz edib sentyabrın 16-da meydanda istədiyimiz oyunu qura biləcəyik".

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

16 Sentyabr 2020 09:12 - İDMAN
İDMAN
30 Sentyabr 2020 | 10:11
Bakıdakı Qran-pri ləğv olundu
30 Sentyabr 2020 | 09:59
"Traktor"dan Azərbaycana dəstək
29 Sentyabr 2020 | 21:41
Messinin rekordu təkrarlandı

Köhnə versiyamızdan xəbərləri izlə