Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Sentyabrın 15-də Azərbaycan Respub­likasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək, 15 sen-tyabr Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə təbriklərini çatdırıb. Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Azərbaycan Milli Ordu­su və könüllülərlə birlikdə Bakını erməni və bolşevik işğalından azad etdiyini qeyd edən dövlətimizin başçısı bu yolda canlarını qurban verən şəhidlərin dərin hörmət və eh­tiramla yad edildiyini, onların əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını bildirib.

Prezident İlham Əliyev bu əlamətdar hadisə ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanladığını diqqətə çatdırıb. Dövlətimizin başçısı qeyd edib ki, əcdadlarımızın əziz xatirəsinə göstərilən sadiqliyin nümunəsi olaraq, 15 sentyabr tarixi bir bayram kimi bu gün də qeyd olunur. Bununla əlaqədar Bakıda və Azərbaycanın müxtəlif bölgələrində tədbirlər keçirilir.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon zənginə görə təşəkkür edərək, Prezident İlham Əliyevə öz təbriklərini çatdırıb və bu münasibətlə dövlətimizin başçısına məktub ünvanladığını bildirib. Türkiyə Respublikasının Prezidenti Bakının işğaldan azad olunmasında Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu­nun və Azərbaycan Milli Ordusunun rolunu qeyd edib.

Dövlət başçıları ölkələrimizin hər zaman bir-birinin yanında olduğunu və bütün məsələlərdə bir-birini dəstəklədiklərini vur­ğulayıblar.

Telefon danışığı zamanı Bakının azad edilməsinin 100 illiyi münasibətilə iki il əvvəl keçirilmiş hərbi parad da xatırladı­lıb. Azərbaycan və Türkiyə əsgərlərinin iştirak etdiyi hərbi paradın hər iki ölkənin prezidentləri tərəfindən birgə izlənməsi xoş təəssüratlarla qeyd edilib. Bu gün ölkələrimiz arasında əlaqələrin daha da yüksək səviyyəyə qalxmasından məmnunluq ifadə olunub.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə edilib.

16 Sentyabr 2020 02:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə