Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü münasibətilə Türk şəhidliyində anım mərasimi keçirilib

Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 102-ci ildönümü münasibətilə Bakı Türk şəhidliyində anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsi ilə qazanılmış zəfərin bugünkü müstəqil Azərbaycana yol açmaqla bərabər, eyni zamanda, Azərbaycan və Türkiyə üzərində qurulması planlaşdırı­lan oyunların sonunu gətirdiyini bildirib. O deyib ki, Türkiyə və Azərbaycan olaraq bu gün ətrafımızdakı atəş həlqəsinə qarşı eyni əzm və iradə ilə mübarizə aparmaq­da qərarlıyıq. Hər zaman olduğu kimi, bundan sonra da “bir millət, iki dövlət şüarı” ilə irəliləyərək gələcəyimizi birlikdə qurmaq istiqamətində davam edəcəyik. “Ba­kının Qafqaz İslam Or­dusu tərəfindən işğal­dan azad edilməsinin 102-ci ildönümündə Nuru Paşanın, hər bir əsgərin, Azərbaycan Ordusunun hər bir qul­luqçusunun xatirəsini hörmətlə anırıq”, – deyə səfir əlavə edib.

16 Sentyabr 2020 02:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə