Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıt Kimya Sənaye Parkı qeyri-neft sektorunda məhsul istehsalının artmasına mühüm töhfə verəcək

Azərbaycanda prioritet vəzifə kimi qarşıya qoyulan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mü­hüm istiqamətlərindən biri də qeyri-neft sənayesinin inkişafıdır. Dövlət başçısı İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında sənayenin inkişafı­na dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi də, məhz, bu sahəyə xüsusi önəm verilməsinin bariz ifadəsidir. Xatırladım ki, adıçəkilən sənəd qeyri-neft sənayesi ilə bağlı yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazırlanıb. Bu zaman mövcud sahənin rəqabətqabiliyyətliyi, innovativliyi və iqtisadi inkişafı dəstəkləməsi prinsipləri diqqət mərkəzində saxlanılıb.

Son illər müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi sayəsində ölkəmizdə sənayeləşmə sürətlə inkişaf edib, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişləndirilməklə yanaşı, yeni sənaye sahələri yaradılıb, respublikamızda bir sıra sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlib. Əlbəttə, bütün bunlar dövlətimizin başçısının uğurlu iqtisadi strategiyası nəticəsində gerçəkləşib.

Azərbaycan Prezidenti İlham Əliyevin “Sumqayıt Kimya Sənaye Par­kı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışında iştirakı bunun bariz təsdiqinə çevrildi.

Açılış zamanı qeyd edildiyi kimi, iqtisadi tərəqqidə “Bizim uğurlu inkişa­fımız qeyri-neft sənayesinin hesabına təmin edilməlidir” prinsipini strateji kurs kimi müəyyənləşdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, enerjidən səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması və s. vəzifələr uğurla reallaşdırılıb.

Dövlətimizin başçısının çıxı­şından da məlum oldu ki, hazırda ölkədə sənayeləşmə siyasətinə uyğun olaraq, qeyri-neft sənayesinin inkişafı məqsədilə sənaye parkları və məhəllələrinin yaradılması, rezidentlərin fəaliyyətinin genişləndirilməsi və yeni iştirakçıla­rın cəlb edilməsi diqqət mərkəzində saxlanılır.

Bu gün iqtisadi inkişaf tempini yenidən bərpa etmək üçün qeyri-neft sektoru sahələrinə, xüsusilə emal sənayesinə birbaşa xarici investisiyala­rın cəlb edilməsi mühüm önəm daşıyır. Belə halda isə, ilk növbədə, sənaye zonalarının və aqroparkların inkişafına daha çox diqqət yetiriləcəyi nəzərdə tutulub. Hazırda sənaye zonalarında 150-200 milyon dollarlıq yeni layihələrin həyata keçirilməsi imkanlarına baxılır. Layihələr üzrə danışıqlar yekunlaşmaq üzrədir və artıq bir sıra layihələrin bu il Sumqayıt Kimya Sənaye Parkında gerçəkləşdirilməsinə başlanıla bilər.

Dünya enerji və fond bazarların­dakı durğunluq, koronavirus pan­demiyası səbəbindən tətbiq olunan məhdudiyyətlər nəticəsində iqtisadi fəallıq azalıb, tarazlıq pozulub, bu isə istehsal-emal-istehlak zəncirində qırılmalara gətirib çıxarıb. Bununla belə, ekspertlər bildirirlər ki, iqtisadiy­yatda müşahidə olunan geriləməyə baxmayaraq, Azərbaycanda milli iqtisadiyyatı tənəzzülə apara biləcək vəziyyət yaranmayıb. Bunun əsas səbəbi son illər respublikada aparılan davamlı islahatların, biznes mühi­tinin yaxşılaşdırılması və iqtisadiy­yatın şəffaflaşdırılması ilə əlaqədar layihələrin uğurla gerçəkləşdirilməsidir. Hazırda isə Prezident İlham Əliyevin təşəbbüsü və tapşırıqları əsasında hökumət pandemiyanın iqtisadiyyata mənfi təsirlərini azaltmaq istiqamətində mühüm tədbirlər həyata keçirir.

Mirəli ALOSMANOV,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru

16 Sentyabr 2020 02:27 - İQTİSADİYYAT
İQTİSADİYYAT
29 Sentyabr 2020 | 00:58
Neft hasilatı 10 faiz azala bilər
26 Sentyabr 2020 | 04:28
Neftin qiyməti artmağa başlayıb

Köhnə versiyamızdan xəbərləri izlə