Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıtın sənaye potensialından istifadə imkanları daha da genişlənir

Prezident İlham Əliyev Azərbaycanda sosial-iqtisadi inkişaf məsələlərini daim diqqət mərkəzində saxlayır. Xüsusən son 6-7 ay ərzində dünyada koronavirus pandemiyasının yayılması səbəbindən ölkələrin iqtisadi zərərlə qarşılaşması bu sahəyə diqqətin daha da artırılmasını zərurətə çevirib. Ölkə ictimaiyyəti də çox tez-tez şahidi olur ki, Azərbaycan lideri bu dövrdə ölkənin iqtisadi inkişafı ilə bağlı daha səmərəli və məqsədyönlü addımlar atır. Bu barədə danışan iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Teymur ZEYNALOV bildirdi:

– Bu günlərdə “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışı bu istiqamətdə atılmış növbəti addımdır. Prezident İlham Əliyev açılışda iştirak edərək mərkəzdə yaradılmış şəraitlə tanış oldu, eyni zamanda, ölkədə iqtisadi artımın təmin edilməsi ilə bağlı tövsiyə və məsləhətlərini verdi.

Bir daha məlum oldu ki, sənaye sahələrinin sürətli inkişafı Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas tərkib hissələrindən biridir. Məqsəd ölkənin tələbatının yerli məhsullar hesabına ödənilməsini təmin etmək, ixrac potensialını artırmaq, son nəticədə neft-qaz amilindən asılılığı azaltmaqdır. Bununla bağlı fikirlərini bildirən dövlət başçısı qeyd etdi ki, hazırda Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamikaya nail olunub. Keçən il burada 823 milyon manatlıq məhsul istehsal edilib ki, bu­nun da 276 milyon manatını – təqribən 33 faizini ixrac təşkil edib. Bu ilin 6 ayı ərzində istehsal olunan 534 milyon manatlıq məhsulun ölkə sənayesinin qeyri-neft sektorunda (5,7 milyard manat) xüsusi çəkisi 9,3 faiz olub, 182 milyon manatlıq məhsul ixrac olunub ki, bu da ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında (910 milyon manat) 20 faiz təşkil edib.

Azərbaycanın sənaye potensialını artırmağın zəruriliyindən danışan Prezident İlham Əliyev bildirdi: “Mən demişəm ki, Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Sumqayı­tın potensialı daha da güclənir. Bu il burada şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq. Oraya da böyük investisiyalar qoyulub”.

Dövlət başçısı İqtisadiyyat Nazirliyinə və digər əlaqədar idarələrə Sumqayıtın sənaye potensialın­dan daha geniş istifadə ilə bağlı göstərişlərini də verdi. Bildirdi ki, bu istiqamətdə investisiyaların cəlbinə xüsusi fikir vermək lazımdır. Prezident qeyd etdi ki, yerli və xarici investorların ölkəmizə investisiya qoymağa ma­rağı getdikcə artır. Beləliklə, qarşıya yeni vəzifə qoyuldu: inkişaf o qədər sürətli olmalıdır ki, həm işsizlik aşağı səviyyədə olsun, həm idxaldan asılılıq minimuma endirilsin, həm də ixrac qabiliyyətli məhsullar istehsal edilsin.

Biz iqtisadçılar əminik ki, Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizdə postpandemiya dövründə iqtisadi yüksəlişi təmin etmək, əhalinin rifa­hını yaxşılaşdırmaq vəzifəsi yüksək səviyyədə yerinə yetiriləcək. Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki Peşə Təhsil Mərkəzinin hazırlayaca­ğı kadrlar da bu məqsədlərin həyata keçirilməsində yaxından iştirak edəcəklər.

Söhbəti yazdı: Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

16 Sentyabr 2020 02:26 - İQTİSADİYYAT
İQTİSADİYYAT
29 Sentyabr 2020 | 00:58
Neft hasilatı 10 faiz azala bilər
26 Sentyabr 2020 | 04:28
Neftin qiyməti artmağa başlayıb

Köhnə versiyamızdan xəbərləri izlə