• RUB: 0.0259
  • TRY: 0.3012
  • EUR: 1.9570
  • USD: 1.7000
  • Bakı + 20.3 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi Dəftərxana və təsərrüfat mallarına olan tələbatını ödəmək üçün AÇIQ TENDER ELAN EDİR

Azərbaycan  Respublikası  Daxili  İşlər  Nazirliyinin Baş  Pasport  Qeydiyyat  və  Miqrasiya  İdarəsi Dəftərxana və təsərrüfat mallarına olan tələbatını ödəmək üçün AÇIQ  TENDER  ELAN  EDİR

Tender 12 noyabr 2018-ci il saat 15.00-da 
DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 130) keçiriləcəkdir.
İddiaçılar tenderdə iştiraka görə 100 manat iştirak haqqı ödəməli və aşağıdakı hesaba köçürməlidirlər:
Bank rekvizitləri: Dövlət Xəzinədarlıq Agentliyi 
Kod: 210005 
VÖEN: 1401555071 
M/h: AZ41NABZ01360100000000003944 
SWİFT BİK CTREAZ22 
DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi 
H/h: AZ32CTRE00000000000002077770 
VÖEN: 1500786531. BTK – 142340, 
fond - 7 tender 
İştirak haqqı geri qaytarılmır. 
Tenderdə iştirak etmək üçün Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin tender komissiyasına aşağıdakı sənədlər təqdim olunmalıdır:
- tenderdə iştirak etmək üçün ərizə;
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- tender təklifi (30 bank günü qüvvədədir);
- tender təklifinin ümumi dəyərinin 2 faizi həcmində tender təklifinin bank təminatı. Təminatın qüvvədə olma müddəti 60 bank günüdür;
- malgöndərənin tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- malgöndərənin son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövrü) maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış;
- vergi orqanlarından müvafiq arayış.
Malgöndərən öz tender təklifini “Dövlət ­satınalmaları haqqında’’ Qanunda müəyyənləşdirilmiş qaydada hazırlayaraq bank təminatı ilə birlikdə tender prosedurunun başlanmasına ən azı bir bank günü qalmış, yəni 2018-ci il noyabrın 8-i saat 17.00-dək tender keçirənə təqdim etməlidir. Bu müddətdən gec təqdim olunan tender təklifi baxılmadan malgöndərənə qaytarılır və onun tenderdə iştirakına yol verilmir.
 Digər sənədlər satınalan təşkilata tender prosedurunun başlanmasına azı 7 bank günü qalmış, yəni cari il oktyabrın 31-i saat 17.00-dək təqdim olunmalıdır. 
İddiaçı tərəfindən hazırlanmış, imzalanmış və möhürlənmiş tender təklifi bank təminatı ilə birlikdə ikiqat zərfə qoyulur. Hər iki zərfin bağlı tərəfini iddiaçı imzalayıb möhürləyir və tender komissiyasına təqdim edir.
Təkliflər qiymətləndirildikdə və müqayisə edildikdə malgöndərənlərə bu meyarlar nəzərə alınmaqla üstünlük veriləcəkdir:
-satınalma müqaviləsinin icrasını tə’min etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması;
- satınalma müqaviləsinin vaxtında yerinə yetirilməsi imkanları ;
- ən aşağı qiymət və yüksək keyfiyyət.
Tenderdə iştirak etməkdə maraqlı olanlara bildirilir ki, dəftərxana və təsərrüfat malları noyabr-dekabr ayları ərzində DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə çatdırılmalıdır. 
Malgöndərənlər iştirak haqqını yuxarıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu tender komissiyasından ala bilərlər.
Tender proseduru ‘’Dövlət satınalmaları haqqında’’ Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
Əlaqələndirici şəxs - Eldar Qasımov.
Telefon: 590-64-33 (125).

Tender komissiyası

11 Oktyabr 2018 22:20 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Ən son xəbərləri səhifəmizdən də izləyin