Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın növbəti təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb

Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz rayonunun Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, atəşkəs rejiminin düşmən tərəfindən ko­bud şəkildə pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib. Onun həyatı üçün təhlükə yoxdur.

Bölmələrimizin cavab atəşi ilə düşmən susdurulub. Əməliyyat şəraiti ordumuzun nəzarəti altındadır.

16 Sentyabr 2020 02:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə