Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nikol Paşinyan vətəndaşların sualları qarşısında çarəsiz durumda

Paşinyan hakimiyyəti gün keçdikcə, daha da dalana dirənir. Bir tərəfdən siyasi arenada olan rəqiblərin fəaliyyəti, digər tərəfdən xalq arasında artan narazılıq baş nazirin kürsüsünü laxladır. O, regionlara səfər edərkən nə qədər görülən və görüləcək işləri qabardaraq, insanları uğurlu fəaliyyyətinə inandırmağa çalışsa da, bir sıra görüşlərdə sadə vətəndaşların onları narahat edən sualları qarşısın­da aciz qalır. Bu da, ilk növbədə, “küçə demokratiyası” ilə hakimiyyətə gəlmiş və xalqına populist vədlər verən Nikol Paşinyanın əslində sıravi vətəndaşa belə səlahiyyətləri çərçivəsində normal cavab verə bilmədiyini göstərir.

Bu yaxınlarda işğalçı ölkənin baş naziri N.Paşinyanın Sünik vilayətinin (tarixi Zəngəzur mahalı) Xndzoresk icması ilə görüşdə rəsmilərlə gəzərkən gözlənilmədən qarşısına bir qadın çıxıb. Məlum olub ki, o, könüllü olaraq, Azərbaycan tərəfinə keçmiş Ermənistan vətəndaşı, Xndzoresk icmasının üzvü Narek Sardaryanın həyat yoldaşıdır. Qadın Paşinyan­dan əri barədə məlumat almaq istəyib. "Mən Narekin yoldaşı­yam. Soruşmaq istəyirdim ki, sizin hansı məlumatınız var? Narekdən heç bir məlumatım yoxdur." Baş nazir isə qadına heç nə olmamış kimi tələsik "təəssüf ki, çox şey deyə bilməyəcəyəm. Bədbəxtlikdən o, qohumugilə yox, düşmən tərəfə gedib. Anlamalıyıq, nə edə bilərik" – deməklə kifayətlənib və oradan uzaqlaşmağa çalışıb. Paşinyanı müşayiət edən müdafiə naziri David Tonoyan isə qadına "Sonra danışarıq. Mən burada olaca­ğam" – deməklə Paşinyanla birgə yollarına davam edib.

Xatırladaq ki, əvvəlcə Ermənistanın Milli Təhlükəsizlik Xidməti otuz yaşlı sakinin Naxçıvan Muxtar Respublikasına bitişik Gorayk kəndinin inzi­bati ərazisindəki otlaq yerində itdiyini, mal-qaranı axtararkən onun Naxçıvan ərazisinə keçməsi barədə məlumat yaymışdı.

Keçən il cəbhənin Füzuli istiqamətində könüllü surətdə – ağ bayraqla Azərbaycan tərəfə keçmiş Araik Kazaryanın ölgün siması Ermənistan ordusunda baş verən özbaşınalıqlardan, əsgərlərə verilən işgəncələrdən soraq verirdi.

Bu il isə işğalçı ölkənin mövqelərində yaranmış nəzarətsizlikdən istifadə edərək Naxçıvan Muxtar Respublika­sının ərazisinə keçmiş 30 yaşlı Narek Sardaryanın ordudakı intizamsızlıq, tabesizlik, narkotik vasitələrdən geniş istifadə, hətta hərbçilərin narkotika yetişdirib satmasına göz yumulması ilə bağlı etirafları Ermənistan ordusu barədə əsl həqiqətləri ortaya qoyur. Həmin video-söhbət Azərbaycan KİV-ində geniş işıqlandırılmışdır.

Bundan başqa, erməni ordusunun diversantı Qurgen Alaverdyanın “iş başında” yaxalanması işğalçı ölkənin təxribatlardan əl çəkmədiyini sübut etdi.

Son günlər Ermənistan parlamentində müzakirə edilən qanun layihələrindən biri də orduda xidmət etməyənlərin pul müqabilində cinayət təqibindən azad olunması təklifi ilə bağlıdır. Bu həssas mövzu kifayət qədər fikir ayrılıqlarına səbəb olub. Belə ki, Ermənistan parlamentinin "Mənim addımım" fraksiyasının deputatı Mxitar Hayrapetya­nın öz "Facebook" səhifəsində sözügedən qanun layihəsi ilə bağlı fikirlərini yazması sosial mediada maraq və etirazla qarşılanıb. M. Hayrapetyan yazıb: “Qa­nun layihəsinə əsasən, 27 yaşı tamam olmuş, müddətli hərbi xidmət keçməmiş və cinayət axtarışında olan Ermənistan vətəndaşları müqaviləli hərbi xidmətçinin iki illik maaşını ödəməklə cinayət təqibindən azad olunacaqlar. Bundan əlavə, yuxarıda qeyd olunan məbləği ödədikdən və cinayət təqibindən azad edildikdən sonra sözügedən şəxslər qarşıdakı üç il ərzində iki illik müddətə müqaviləli hərbi xidmətə keçəcəkləri halda ödənilmiş məbləği tamamilə geri alacaqlar, həmçinin icti­mai xidmətə keçmək imkanı qazanacaqlar".

Maraqlıdır ki, bu layihə qüvvəyə minərsə, Ermənistan ordusundakı mövcud vəziyyət daha da gərginləşəcək, gənclərin xidmətdən azad olmaq üçün cinayətə sövq edilməsinə şərait yaranacaq. Digər diqqətçəkən məqam isə layihənin 3 müəllifindən 2-sinin, yəni Mxitar Hayrapetyan və Arman Babacanyanın Ermənistan ordusunda qulluqdan yayınması ilə bağlıdır. Bundan başqa, Ba­bacanyan, hətta hərbi xidmətdən yayındığına görə mühakimə olunub.

Müxalifət düşərgəsinin təmsilçisi, parlamentin “İşıq­lı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan isə layihəyə qarşı çıxıb.

O bildirib ki, Ermənistan hakimiyyəti pulla ordudan azad olmağa qarşı idi, indi isə daha çox pulla ordudan azad olmağa tərəfdardır.

Son günlərin ən çox gündəmdə olan mövzuların­dan biri də Livandan olan erməni ailələrinin işğal altında olan ərazilərə qeyri-qanuni yerləşdirilməsidir. Bundan başqa, Livandan Ermənistana gətirilmiş iş adamları üçün nəzərdə tutulan güzəştlər artıq digər iş adamla­rında qısqanclıq və narahatlıq yaratmaqdadır. Paşinyanın siyasəti bu cür davam edərsə, ayrı-seçkiliyə və digər diletant addımlara görə cəmiyyətdə gərginlik daha da artacaq.

Ə. ƏLƏSGƏRLİ, “Xalq qəzeti”

16 Sentyabr 2020 02:05 - SİYASƏT
SİYASƏT
30 Sentyabr 2020 | 12:25
Siyasi həmrəyliyin nümunəsi

Köhnə versiyamızdan xəbərləri izlə