Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azercell” “İlin şirkəti” seçildi

Lider operator dünya şöhrətli “STEVIE 2020” mükafatının üçqat laureatı oldu

Yeni brend kimliyi ilə ölkənin telekommunikasiya sektorunun lideri “Azercell Telekom” MMC ölkəmizi beynəlxalq arenada uğurla təmsil edərək nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə şirkət arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb. Şirkət bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq “Qızıl mükafat”ı əldə edib. “Azercell”, eyni zamanda, “İlin ən innovativ şirkəti” və “Ən dəyərli korporativ məsuliyyətli şirkət” nominasiyaları üzrə “Bürünc mükafat”a da layiq görülüb.

“Azercell”in rəqəmsallaşma və innovativ texnologiyaların tətbiqi istiqamətində gördüyü işlər, korporativ sosial məsuliyyət sahəsində fəaliyyəti müstəqil beynəlxalq mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən yüksək dəyərləndirilib. Münsiflər “Azercell”in həm ölkədə, həm də Cənubi Qafqaz­da yeni nəsil texnologiyaları ilk tətbiq etməsi, ən son innovativ həlləri yerli bazara gətirməsi və eyni zamanda, yüksək sosial məsuliyyətli siyasət həyata keçirməsini xüsusi vurğula­yaraq, Azərbaycanın aparıcı opera­torunu “regionun ən uğurlu şirkəti”, “dünya səviyyəli qurum”, “qalib brend” kimi xarakterizə ediblər.

Qeyd edək ki, müxtəlif illərdə Google, Microsoft Corporation, Türk Telecom, Vodafon Türkiyə, Etisalat, Dell Technologies, Mayersk Com­pany, HP Inc., UNESCO ICHCAP, IBM və s. bu kimi nüfüzlu şirkətlər bu beynəlxalq müsabiqədə iştirak edib qalib seçilənlər sırasındadır. “STE­VIE” İnternational Business Awards biznesin bütün aspektlərini əhatə edən, müxtəlif sahələrdə çalışan şirkətlərin uğurunu qiymətləndirən və onları bütün dünyaya tanıdan bir mükafatdır. “STEVIE” mükafatı bu ilin dekabrında Parisdə təşkil olu­nacaq mərasimdə qaliblərə təqdim olunacaq.

“Xalq qəzeti”

16 Sentyabr 2020 02:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə