Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti dövlət büdcəsi hesabına təsərrüfat mallarının satın alınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif edilir ki, Dövlət satınalmalarının https://www. etender.gov.az/ vahid internet portalına elektron imzaları vasitəsilə daxil olsun­lar və tender haqqında ətraflı məlumatı (əsas şərtlər toplusunu) əldə etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşa­ğıdakı meyarlara üstünlük veriləcəkdir:

- iddiaçının tender təklifi, peşəkarlıq və çatdırılma müddəti.

Müqavilənin şərtlərini yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

İştirak haqqının ödənilməsi yalnız asan ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün “Asan Ödəniş”lə ödə “ düyməsini sıxaraq ödənişi etdikdən sonra müsabiqədə iştirak etmək olar.

İştirak haqqı 400 manatdır.

İştirak haqqı heç bir halda geri qay­tarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağı­dakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-tender təklifi, zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır (nümunə kimi hazırki əsas şərtlər toplusunun 27-ci səhifəsində);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı, zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır (nümunə kimi hazırki əsas şərtlər toplusunun 34-cü səhifəsində) *;

* Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günündən çox olmalıdır.

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Ver­gi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi halları­nın mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-iddiaçının maddi-texniki bazası (nümunə kimi hazırki əsas şərtlər toplu­sunun 38-ci səhifəsində).

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları dövlət satınalmalarının vahid internet portalı vasitəsilə satınalan təşkilata ünvanla­ya bilərlər.Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 7 oktyabr 2020-ci il saat 10.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 15 oktyabr 2020-ci il saat 16.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçı­ların təklifləri 16 oktyabr 2020-ci il saat 10.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.

Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet portalı vasitəsilə aparılır. Həmçinin elanla bağlı ətraflı məlumatı dövlət satınalma­larının vahid internet portalında tapmaq olar.

16 Sentyabr 2020 01:56 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
29 Sentyabr 2020 | 00:30
B i l d i r i ş
29 Sentyabr 2020 | 00:30
B i l d i r i ş
27 Sentyabr 2020 | 00:57
B İ L D İ R İ Ş
27 Sentyabr 2020 | 00:57
B İ L D İ R İ Ş
27 Sentyabr 2020 | 00:57
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə