Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Salli” qasırğası Luiziana və Florida ştatlarına yaxınlaşır

Qasırğalar üzrə ABŞ Milli Mərkəzinin məlumatına görə, “Salli” qasırğası  ABŞ-ın Luiziana və Florida ştatlarına yaxınlaşır. Küləyin sürəti saatda 155 kilometrə çatır.Hazırda qasırğa Missisipi çayından 170 kilometr aralıda, Meksika körfəzinin yaxınlığındadır. Luiziana ştatının qubernatoru ştatda fövqəladə vəziyyət elan edib. Əhaliyə xəbərdarlıq edilib.

TASS-ın məlumatına görə, iki həftə əvvəl Luiziana ştatına gələn “Laura” qasırğası 25 nəfərin həyatına  son qoyub.

Sinoptiklərin məlumatına görə, hazırda Atlantik okeanda 5 tropik qasırğa  var. Qeyd edək ki, Atlantik okeanında qasırğa  mövsümü iyun ayından noyabr ayının sonlarınadək davam edir.

ABŞ-ın qərb sahillərində, xüsusilə, Kaliforniya ştatında isə  meşə yanğınları davam edir.  Yanğın 3 milyon hektar sahəni əhatə edir. Yabğınsöndürənlər hələ də alovun öhdəsindən gələ bilmirlər.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

15 Sentyabr 2020 17:16 - EKOLOGİYA
EKOLOGİYA
2 Sentyabr 2020 | 16:19
Sentyabr ayına olan hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə