Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Turizm sənayesinin inkişaf etdirilməsi” mövzusunda tədbir

 “Turizm sənayesinin inkişaf etdirilməsi” mövzusunda tədbir

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Turizm sənayesinin inkişaf etdirilməsi” mövzusunda keçirilən  tədbirdə UNEC--Rus İqtisad Məktəbinin direktoru dosent Mənsur Barxudarov, UNEC--Rus İqtisad Məktəbinin direktor muavini, iqtisad üzrə fəlsəfə doktoru, professor Elşad Məmmədov, dosentlər Şəhla Hüseynova və Natiq Qurbanov  iştirak ediblər.  
ATMU-nun tədris işləri üzrə prorektoru İranə Əliyeva diqqətə çatdırıb ki, qeyri - neft sektorunun başlıca istiqamələrindən sayılan  turizm sənayesinin inkişaf etdirilməsinə alim-mütəxəssis səviyyəsində elmi münasibət bildirilməsi məhz  dövlət statuslu iki universitetin birgə əməkdaşlığına vəsilə ola bilər. Prorektor qarşıdakı illərdə ATMU—UNEC--Rus İqtisad Məktəbi ilə adıçəkilən istiqamətdə fəaliyyətin səmərə verəcəyinə inandığını deyib. 
ATMU-da səmimi qarşılandıqları üçün təşəkkürünü bildirən Mənsur Barxudarov rəhbərlik etdiyi UNEC – Rus İqtisad Məktəbinin fəaliyyəti, məqsədi barədə ətraflı məlumat verib.  
ATMU-nun turizm və qonaqpərvərlik fakultəsinin dekanı Bahadur Bilalov turizm və iqtisadiyyat sahəsində nəzərdə tutulan layihələrin birgə işlənib hazırlanması təklifini irəli sürüb. Universitetin marketinq kafedrasının müdiri Elmira Qocayeva isə tədrisin təşkili prosesində müştərək müstəvidə distant təhsil metodunun əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb. Təklif olunan bu yenilikdən müəyyən saatlarda müvafiq ixtisas tələbələrinin bəhrələnəcəyini qeyd edib. 
Biznes idarəçiliyi fakültəsinin dekanı Anar Mirzəyev, ATMU idarəetmə strukturu, marketinq kafedrasının müəllimi Günel Teymurova müştərək layihələrin əhəmiyyəti, biznes idarəçiliyi fakültəsinin dekan müavini İlahə Əliyeva isə ölkə əhəmiyyətlli tədbirlərdə tələbələrin fəal iştirakı  barədə çıxış ediblər. 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

11 Oktyabr 2018 22:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin