Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İngiltərə Premyer Liqasında koronavirusa yoluxma aşkarlandı

İngiltərə Premyer Liqası koronavirus testinin son nəticələri haqqında hesabat verib.

“Report”un məlumatına görə, bu barədə liqanın mətbuat xidmətinə istinadən “RİA Novosti” agentliyi bildirib.

Qeyd edilir ki, yoxlama sentyabrın 7-dən 13-dək aparılıb. Futbolçular, məşqçilər və Premyer Liqa klublarının əməkdaşları arasında ümumilikdə 2 131 test keçirilib. Test zamanı dörd nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Təhlükəli infeksiyaya yoluxanların adları açıqlanmır.

Premyer Liqanın mətbuat xidməti iddia edib ki, COVID-19-a yoluxanlar on gün müddətinə təcrid edilib.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

15 Sentyabr 2020 17:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə