• RUB: 0.0259
  • TRY: 0.3012
  • EUR: 1.9570
  • USD: 1.7000
  • Bakı + 20.3 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Donald Tramp və Vladimir Putin yenidən görüşə bilər

Donald Tramp və Vladimir Putin yenidən görüşə bilər

Rusiyanın dövlət başçısı Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın gələn ilin əvvəlində yenidən görüşü keçirilə bilər.
“RİA Novosti”nin yaydığı məlumatda qeyd olunur ki, görüş Finlandiyada keçirilə bilər. Hər iki lider Finlandiyanın sədrlik etdiyi Arktika Şurasının 2019-cu ilin birinci yarısında keçirilməsi nəzərdə tutulan zirvə görüşünə dəvət ediliblər.
Görüşün vaxtı tam dəqiq bilinməsə də, bununla bağlı hazırda razılaşmalar aparıldığı qeyd edilir. Mümkün variantlardan biri 14 ­fevral – Müqəddəs Valentin günü göstərilir.
Qeyd edək ki, Donald Trampla Vladimir ­Putin arasında sonuncu görüş bu il iyulun ­16-da Finlandiyanın paytaxtı Helsinki şəhərində ­keçirilib.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

11 Oktyabr 2018 22:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin