Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səkkiz ayda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 556 milyon dollara yaxın olub

Yanvar-avqust aylarında Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının dəyəri 556 milyon dollara yaxın olub.

Ukrayna Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 8 ayda Azərbaycan bu ölkəyə 276,3 milyon dollarlıq məhsul ixrac edib. Ölkəmizin Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 279,5 milyon dollar olub.

Qeyd edək ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir. Keçən il Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 808 milyon dollara çatıb.

M.HACIXANLI,
“Xalq qəzeti”

15 Sentyabr 2020 15:56 - İQTİSADİYYAT
İQTİSADİYYAT
29 Sentyabr 2020 | 00:58
Neft hasilatı 10 faiz azala bilər
26 Sentyabr 2020 | 04:28
Neftin qiyməti artmağa başlayıb

Köhnə versiyamızdan xəbərləri izlə