Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq artisti UNESCO-nun dəstəyi ilə mötəbər festivalın qonağı olacaq

Xalq artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru, tanınmış pianoçu Murad Hüseynov 16 -18 oktyabr tarixlərində Gürcüstanin Batumi şəhərində   UNESCO-nun dəstəyi ilə keçiriləcək festivalda dünyanın tanınmış musiqiçiləri ilə birgə səhnəni bölüşəcək.

Xalq artistinin çıxış edəcəyi festival  gününün  konsertini Baku Media Center lentə alacaq . Festivalın partnyorları sırasında həmçinin Bakı Media Mərkəz və Azərbaycanın İctimai Televiziyası da yer alır. Pianoçu festivalın formatına  uyğun olaraq klassik əsərlərdən ibarət rəngarəng proqramla çıxış edəcək.

Festivalın tərəfdaşları sırasında Gürcüstanın Pos TV telekanalı, İtaliyanın Gürcüstandakı səfirliyi, Michel Sogny "SOS Talents" fondu , Gürcüstan Fransa İnstitutu və digər beynəlxalq təşkilatlar yer alır.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

15 Sentyabr 2020 15:53 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
26 Sentyabr 2020 | 09:04
Bədii qiraət ustası...
25 Sentyabr 2020 | 11:33
Opera səhnəmizin "Nigar"ı

Köhnə versiyamızdan xəbərləri izlə