Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq Film Festivalının vaxtı dəyişdirildi

Cənubi Koreyanın Pusan şəhərində keçirilməsi nəzərdə tutulan 25-ci beynəlxalq film festivalının vaxtı dəyişdirilib.

Festival əvvəlcə planlaşdırıldığı kimi oktyabrın 7-16-da deyil, 21-30-da keçiriləcək. Beynəlxalq festivalın vaxtının dəyişdirilməsinə səbəb Cənubi Koreyada COVID-19 infeksiyasına yoluxma hallarının çoxalmasıdır.

Təşkilatçılar açılış və bağlanış mərasimləri, film müzakirələri də daxil olmaqla, bütün kütləvi tədbirləri ləğv edib. Bundan başqa, tədbirə xaricdən heç bir qonaq dəvət olunmayacaq. Yalnız seçilmiş filmlər Pusan Kino Mərkəzində nümayiş olunacaq, Asiya film bazarı, festivalın forumu və digər tədbirlər isə onlayn rejimdə keçiriləcək.

Bildirilir ki, əgər ölkədə hazırda davam edən 2-ci dərəcədə sosial məsafə tədbirləri davam edərsə və ya 1-ci dərəcəyə qaldırılarsa, festivalın builki buraxılışının tamamilə ləğv edilməsi də gündəlikdədir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

15 Sentyabr 2020 15:52 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
26 Sentyabr 2020 | 09:04
Bədii qiraət ustası...
25 Sentyabr 2020 | 11:33
Opera səhnəmizin "Nigar"ı

Köhnə versiyamızdan xəbərləri izlə