Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gənc pianoçumuz Nərmin Nəcəflinin Berlində solo konserti olub

 Berlində Kulturstiftung Schloss Britz sarayında 24 yaşlı azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı Nərmin Nəcəflinin konserti keçirilib.

Bu gənc pianoçunun üçüncü solo konserti idi.

Qeyd edək ki, konsert Berlində pandemiya dövründə tamaşaçıların iştirakı ilə keçirilən ilk solo konsert olub. Doxsan dəqiqəlik proqramı pianoçu fasiləsiz ifa edib.

Böyük uğurla keçən konsertdə səfirliyimizin əməkdaşları və diasporumuzun nümayəndələri də iştirak ediblər.

Nərmin Nəcəfli Azərbaycanı xaricdə 8 yaşından təmsil edir. İndiyə qədər ABŞ, Almaniya, Belçika, İngiltərə, İtaliya, Fransa, Polşa, İsveçrə, Hollandiya, Estoniya, Litva, Rusiya və Gürcüstanda keçirilən beynəlxalq müsabiqə və festivallarda, konsertlərdə ölkəmizi uğurla təmsil edib.

"Mən hər dəfə xarici ölkə səhnəsində Azərbaycanı təmsil etməkdən qürur duyuram. Çünki mənim ən böyük arzum Azərbaycanı dünya miqyasında şərəflə təmsil etməkdir”, - deyə gənc ifaçı bildirib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

15 Sentyabr 2020 15:50 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
26 Sentyabr 2020 | 09:04
Bədii qiraət ustası...
25 Sentyabr 2020 | 11:33
Opera səhnəmizin "Nigar"ı

Köhnə versiyamızdan xəbərləri izlə