Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tovuzda və Ağstafada şəhid ailələri ziyarət edilib

Milli Məclisin deputatları Qənirə Paşayeva və Tamam Cəfərova, “Bayburt” inşaat şirkətinin rəhbəri Alim Şəntürk 12 iyul Tovuz döyüşləri zamanı qəhrəmancasına şəhid olan gizir İlqar Zeynallının Tovuz rayonunun Cəlilli kəndində yaşayan ailəsini ziyarət ediblər.

Şəhidin ailə üzvləri ilə ətraflı və səmimi fikir mübadiləsi olub. “Nur içində yatsın qəhrəman şəhidlərimiz. Qəhrəman şəhidimizin ailəsinə dövlətimiz və millətimiz hər zaman yanınızdadır”-- deyən deputatlar Qənirə Paşayeva, Tamam Cəfərova şəhid ailələrinin hər birimiz üçün əziz, dəyərli olduğunu bildiriblər. Görüşdə iştirak edən “Bayburt” İnşaat şirkətinin rəhbəri Alim Şəntürk “Türkiyə olaraq, qardaş Azərbaycandakı şəhid ailələrimizin hər zaman yanındayıq”- deyib.

Deputatlar və Alim Şəntürk, həmçinin 12 iyul Tovuz döyüşləri zamanı qəhrəmancasına şəhid olan Elçin Mustafazadənin Ağstafa rayonunun Həsənsu kəndində yaşayan ailəsini də ziyarət ediblər. Şəhidimizin ailə üzvləri ilə ətraflı və səmimi fikir mübadiləsi olub. “Qəhrəman şəhidimizin ailəsinə dövlətimiz və millətimiz hər zaman yanınızdadır”- deyən deputatlar Qənirə Paşayeva, Tamam Cəfərova şəhid ailələrinin hər birimiz üçün əziz, dəyərli olduğunu bildiriblər. Görüşdə iştirak edən “Bayburt” İnşaat şirkətinin rəhbəri Alim Şəntürk “Türkiyə olaraq, qardaş Azərbaycandakı şəhid ailələrimizin hər zaman yanındayıq”- deyib.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

15 Sentyabr 2020 14:49 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə