Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ senatorları Avropanın enerji layihələrinə vəsait ayrılmasına çalışırlar

ABŞ senatorları Avropanın enerji layihələrinə vəsait ayrılmasına çalışırlar

ABŞ senatorları Avropanın energetika sahəsində Rusiya təsirindən müdafiəsi üçün 1 milyard dollar ayrılmasını təklif ediblər. Bununla bağlı qanun layihəsini Konqresə respublikaçı Ron Conson və demokrat Kris Merfi təqdim ediblər. Məlumatı “Lenta.ru” verib. 
“Avropanın enerji təhlükəsizliyi və diversifikasiya haqqında” qanun layihəsi Avropanın enerji layihələrinə pul ayrılmasını nəzərdə tutur. Bununla da senatorlar “Rusiyanın Avropa ölkələrinə təsirini” azaltmağı planlaşdırırlar. “Biz Şərqi Avropanın müdafiəsinin möhkəmləndirilməsi üçün milyardlarla sərmayə qoymuşuq, gəlin unutmyaq ki, Avropanın Rusiya tərəfindən energetika sahəsində sıxışdırılması da eyni dərəcədə təhlükəli nəticələr verə bilər”, - deyə Merfi bildirib.
Merfinin sözlərinə görə, “Rusiya özünün enerji bazarındakı ağalığından, eləcə də korrupsiya və təbliğatdan istifadə edərək, Qərb institutlarını dağıtmağa və elə zəif hökumətlər qurmağa çalışır ki, Rusiyanın və onun prezidenti Vladimir Putinin iradəsinin ziddinə gedə bilməsin, yaxud getmək istəməsin”.
Merfi qeyd edib ki, müttəfiqlərə yeni enerji mənbələri əldə etməkdə yardımçı olmaqla və yeni strateji layihələr irəli sürməklə Amerika “Avropanı Putindən xilas edə və ABŞ-da yeni iş yerləri yarada bilər”.  
Conson isə bildirib ki, bu qanun layihəsi ölkənin özəl sektoruna Mərkəzi və Şərqi Avropanın vacib strateji enerji layihələrinə investisiya qoymaq imkanı verər. “Bu, Avropada enerji təhlükəsizliyini və bazarın diversifikasını yaxşılaşdırmaqla bərabər ABŞ-ın milli təhlükəsizliyini qorumağa da kömək edər”.
Bir qədər əvvəl ABŞ ­Prezidenti Donald Tramp “Şimal axını-2” qaz kəməri layihəsinin əleyhinə çıxsa da, sonradan kəmərin tikintisində çalışacaq şirkətlərə sanksiya tətbiq etməyəcəyini bəyan etmişdi. 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

11 Oktyabr 2018 22:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin