Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sağlam qidalanmayan insanlar virusa tez yoluxur

Virusa kimlərin daha tez yolxması ilə bağlı mütəxəssis bildirir ki, əlbəttə ki, virusa yoluxan insanların böyük əksəriyyəti sağlam qidalanmayanlardır. Dünya virusdan əzab çəkdiyi bir dövrdə biz çətin vəziyyətdən çıxmağı bacardıq. Təbii ki, bütün qayda-qanunlara riayət etdik, operativ qərargahın verdiyi möhtəşəm işlər nəticəsində böyük irəliləyişlər əldə etdik, özümüzü sığortaladıq.

Hazırda vəziyyət yaxşılaşmağa doğru getsə də, bilirik ki, payız ayları kəskin respirator infeksiyaların yayıldığı bir dövrdür. Odur ki, biz sağlam qidalanaraq özümüzü sığortalamağa çalışmalıyıq. Lazım olan maddələri qidalardan alsaq, immun sisteminin virusa qarşı müqavimətini artıra bilərik. Bu halda hətta virus bədənə daxil olsa da, münbit şərait görmədiyi zaman fəaliyyət göstərə bilmir, sağalma prosesi sürətlənir və beləliklə bədən bu xəstəliyə qalib gəlir.

Amma düzgün qidalanmayan, gün ərzində demək olar ki, heç nə yeməyən insanlar xəstəliyə həm asanlıqla yoluxa bilir, həm də xəstəliyi ağır keçirir. Xüsusilə siqaret çəkən və içki içən insanların ağız boşluğunun selikli qişasında immun sisteminin qoruyucu hüceyrələri öz aktivliyini itirir. Onların istənilən virus infeksiyasına yoluxmaq ehtimalı daha yüksəkdir. Bundan əlavə, COVID-19-un adi qripdən fərqli olaraq bir neçə mərhələsi var. Tibbə məlum olmayan qorxulu tərəflərinin də olduğu bildirilir. Qorxulu tərəfi odur ki, bir qrup insanda testin nəticələri pozitiv çıxsa da, onlarda virusun heç bir əlaməti özünü göstərmir.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

15 Sentyabr 2020 14:44 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə