Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Ermənistan öz cinayətlər ssenarisini davam etdirir”

Ermənistan hər zaman qonşuluğunda olan ölkələrin ərazisinə və tarixi-mədəni irsinə iddialar irəli sürmüşdür. Qonşu xalqlara qarşı son 100 il ərzində aparılan ekspansiya siyasətinin növbəti təzahürü Livandan erməni ailələrinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə köçürülməsidir. Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

Komitə sədri qeyd edib ki, süni şəkildə Qarabağda demoqrafik vəziyyəti dəyişməklə status-kvonu qorumaq, işğalın nəticələrini qəbul etdirmək ücün yerli və köçürülən erməniləri “yeni ərazilər uğrunda yeni müharibə” doktri­nasının girovu kimi istifadə etmək sələflərinin “yolunu” davam etdirən Paşinyan iqtidarının faşist ideologiyasına əsaslanan təcavüzkar siyasətindən qaynaqlanır. Müxtəlif səbəblərdən ev-eşiyini itirmiş insanların həyatını (hətta onlar erməni olsalar belə) alver predmetinə çevirmək, yeri gəldikdə onları çeşidli yollarla öz siyasi və iqtisadi maraqları naminə qurban verməkdən belə çəkinməyən Ermənistan hökuməti bunun­la indiyədək insanlıq və bəşəriyyət əleyhinə törətdiyi cinayətlərin sırasına yenilərini də əlavə etməkdədir.

B.Muradova deyib ki, Ermənistan öz cinayətlər ssenarisini davam etdirir: Lakin tarix və zaman hər şeyi olduğu kimi dəyərləndirir və belə cinayətlər cəzasız qalmır: “Hər birimizin getdikcə daha aydın dərk etdiyimiz bir həqiqət də var ki, Azərbaycan xalqı və dövləti bu kimi beynəlxalq cinayətlərə qarşı daha dözüm və səbr göstərmək niyyətində deyil. Hakimiyyətə gəlmək üçün xanı­mı Anna Akopyanla birlikdə əyninə geyindikləri “sülh göyərçinləri” libasını hərbi formaya dəyişərək Azərbaycan ərazisində Kalaşnikov av­tomatı ilə əzələ nümayiş etdirməklə sülh prosesini birdəfəlik basdıran Paşinyan nəinki sələfləri ilə, eləcə də beynəlxalq hüququ ayaqlar altına alaraq onunla bir sırada dayanmağı seçənlərlə birlikdə bu törətdiklərinə görə cavab verəcəklər.

Anar TURAN, “Xalq qəzeti”

14 Sentyabr 2020 23:58 - SİYASƏT
SİYASƏT
30 Sentyabr 2020 | 12:25
Siyasi həmrəyliyin nümunəsi

Köhnə versiyamızdan xəbərləri izlə