Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nikol Paşinyan və ailə üzvləri Ermənistanın işğalçı siyasətini açıq şəkildə nümayiş etdirirlər

“Ermənistanın baş naziri Nikol Paşinyanın yarıtmaz fəaliyyəti nəticəsində Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsi ilə tənzimlənməsi dalana dirənib. Onun insanları aldadaraq hakimiyyəti qəsb etməsi və ilk gündən münaqişənin sülh yolu ilə nizamanmasının əleyhinə çağırışları, tez-tez işğal al­tında olan Azərbaycan ərazilərinə səfər etməsi həm yerli, həm də beynəlxalq ictimaiyyətdə bu adamın seçki öncəsi verdiyi vədlərin yalan olduğuna bir daha əminlik yaratdı. Ermənistanda elə başa düşürdülər ki, Paşinyan və onun təmsil etdiyi siyasi qüvvə hakimiyyətə gəldikdən sonra ölkənin problemləri həll ediləcək, əhalinin güzəranı yaxşılaşacaq, yerli sakinlər bir tikə çörək üçün miqrasiya etməyəcək, övladları Qarabağda mənasız yerə ölməyəcək, intihar etməyəcək və əsgər yoldaşları tərəfindən qətlə yetirilməyəcəklər”.

Həmsöhbətimiz Demokratik İslahatlar Patiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyanın və onun arvadı Anna Akopyanın mütəmadi olaraq Dağlıq Qarabağa səfər etməsi, burada işğalçı erməni hərbçiləri ilə müzakirələr aparmasına münasibət bildirərkən səsləndirdi.

Partiya sədri dedi ki, Ermənistan hakimiyyətinin təmsilçiləri, o cümlədən Nikol Paşinyan və onun ailə üzvləri Qarabağa daha çox hakimiyyəti qorumaq naminə gəlirlər. Beynəlxalq ictimaiyyət, eləcə də, ATƏT –in Minsk qrupunun həmsədrləri Ermənistanın işğal­çı siyasətini açıq şəkildə davam etdirmələrinə ciddi münasibət bildirmək, sankisiyalar tətbiq etmək əvəzinə, söz yığımından ibarət bəyanatlar verməklə işlərini bitmiş hesab edirlər. Bu təşkilatlar hələ də ikili standartlardan əl çəkmir, münaqişənin həllinə yardım edəcək addımlar atmır, işğalçını açıq şəkildə himayə edirlər. Bu da Ermənistan rəhbərliyni daha da quduzlaşdırır.

Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə mütəmadi səfərləri, onun arvadı Anna Akopya­nın həmin ərazilərdə avtomatla şou nümayiş etdirməsi, hətta övladının hərbi xidmətə Azərbaycan ərazisinə göndərilməsi, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin növbəti təsdiqidir. Paşin­yanın bu davranışları birbaşa sülh danışıqlarına ziddir və beynəlxalq hüquq normalarına qarşı saymaz­lıqdır. Baş nazirin dövlət başçısına yaraşmayan hərəkətləri yeni hərbi münaqişənin alovlandırılması, hətta digər əraziləri işğal etmək istəyindən irəli gəlir.

A.Mollazadənin fikrincə, əslində, Nikol Paşinyan bu hərəkətləri ilə Ermənistanın möv­qeyini nümayiş etdirir. O, bir daha sübut etmək istəyir ki, Ermənistan dövləti heç bir danışığa, dialo­qa hazırlaşmır, əksinə, işğalçılıq siyasətini davam etdirir və bu ­nunla bir daha göstərir ki, hərbi təcavüzdən əl çəkməyəcək, öz siyasətini danışıqlar vasitəsilə de­yil, hərbi yollarla davam etdirəcək. İşğalçı ölkənin qonşu Rusiyadan külli miqdarda silah-sursat alması da bunun növbəti təsdiqidir.

Paşinyanın Azərbaycanın işğal olunmuş ərazisinə səfərlərinin əsas səbəblərindən birinin həm erməni ictimaiyyətinə, həm də “Qarabağ klanı”na Dağlıq Qa­rabağ məsələsi ilə bilavasitə özünün məşğul olduğunu “sübut etmək” istəyinin olduğunu diqqətə çatdıran A.Mollazadə bütün bun­ların şou olduğunu bildirib. Onun sözlərinə görə, əgər Ermənistan hərbi təcavüzü davam etdirərsə, bu dəfə Aprel döyüşlərindən və Tovuz əməliyyatından daha ağır sarsıdıcı zərbə alacaq.

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

14 Sentyabr 2020 23:55 - SİYASƏT
SİYASƏT
30 Sentyabr 2020 | 12:25
Siyasi həmrəyliyin nümunəsi

Köhnə versiyamızdan xəbərləri izlə