• RUB: 0.0259
  • TRY: 0.3012
  • EUR: 1.9570
  • USD: 1.7000
  • Bakı + 20.3 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Maykl” qasırğasından sonra neft-qaz hasilatı 42 faiz azalıb

“Maykl” qasırğasından sonra neft-qaz hasilatı 42 faiz azalıb

ABŞ-ın Florida ştatında “Maykl” qasırğası tüğyan edir. Artıq qasırğa nəticəsində həlak olanlar da var.
Elektrik enerjisinin kəsilməsi və yolların bağlanması xilasedicilərin işlərinə əngəl yaradır.
Artıq “Maykl” qasırğasının vurduğu ziyan da hesablanıb. Təhlilçilərin hesablamalarına görə, qasırğanın vurduğu ziyan 30 milyon dollar təşkil edəcək.
Qasırğaya görə Meksika körfəzində neft və qaz hasilatı 42 faiz azalıb.
ABŞ Milli Qvardiyasının bir neçə min əməkdaşı kömək üçün Alabama, Florida və Corciya ştatlarına gəliblər. Digər ştatlardan da kömək üçün gələnlər var.
Qeyd edək ki, ştatlarda fövqəladə vəziyyət rejimi hökm sürür.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

11 Oktyabr 2018 22:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin