Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əczaçılıq məhsullarının istehsalında isə 5 faiz artım müşahidə olunub

Əczaçılıq məhsullarının istehsalında isə 5 faiz artım müşahidə olunub

Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, yarım ildə paytaxtın kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 124,3 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 22,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında 0,9 faiz azalma, əczaçılıq məhsullarının istehsalında isə 5 faiz artım müşahidə olunub.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kimya məhsullarından azot istehsalı 4,3 dəfə, oksigen istehsalı 72,8 faiz artıb.

Rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,3 dəfə, polietilen kisə və çantaların istehsalı 32 faiz artıb, liflə armaturlaşdırılmış sair bərk plastik borular, borucuqlar, qollar, şlanqların istehsalı isə 82,3 faiz azalıb.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

7 2018 17:07 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə