• RUB: 0.0259
  • TRY: 0.3042
  • EUR: 1.9550
  • USD: 1.7000
  • Bakı + 21.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Baku Open Cyber Cup” kiber idman turnirinə qeydiyyat başlanır

 “Baku Open Cyber Cup” kiber idman turnirinə qeydiyyat başlanır

Nazirlikdən verilən məlumata görə, bu gündən etibarən "İnnovasiya həftəsi" çərçivəsində təşkil ediləcək “Baku Open Cyber Cup” kiber idman turnirinə qeydiyyat başlanır.

Cari ilin 28 oktyabr tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Heydər Əliyev Mərkəzinin və “Microsoft Azerbaijan” şirkətinin tərəfdaşlığı ilə Azərbaycan Kiber İdman Federasiyası tərəfindən keçiriləcək turnirdə “Xbox” platformasında iki oyun növü “FIFA 19” və “Mortal Kombat” üzrə yarışlar təşkil olunacaq.

Turnirdə iştirak etmək istəyən 15 yaşdan yuxarı hər bir şəxs müvafiq qeydiyyat formasını (http://www.cybersport.az/tournaments/BakuOpen2018/BakuOpenRegistrationForm.doc) doldurub elektron poçt vasitəsilə 19 oktyabr 2018-ci il tarixinədək Azərbaycan Kiber İdman Federasiyasına ([email protected]) təqdim etməlidir.

Hər bir oyun növü üzrə seçilmiş 32 iştirakçı 28 oktyabr 2018-ci il tarixində Heydər Əliyev Mərkəzində keçiriləcək turnirdə gücünü sınayacaq. Olimpiya sistemi üzrə keçiriləcək oyunlardan sonra qaliblər müəyyənləşdiriləcək.

Yarışın qalibləri pul mükafatı ilə təltif ediləcək.

 

“Xalq qəzeti”

11 Oktyabr 2018 18:54 - İDMAN
İDMAN
18 Oktyabr 2018 | 22:45
Mbappe “Qızıl top”a layiqdir
18 Oktyabr 2018 | 16:34
Uğurlu 6-cı tur
18 Oktyabr 2018 | 16:31
Dostlar fəxri kürsüdə
17 Oktyabr 2018 | 21:34
Messi olmasa...
17 Oktyabr 2018 | 16:04
Cəbəllütariq: ikinci qələbə
17 Oktyabr 2018 | 16:02
Bürünc medal uğrunda

Ən son xəbərləri səhifəmizdən də izləyin