Ən son xəbərlər

Son buraxılış
Arxiv

Biofizika İnstitutunun əməkdaşları AMEA və CNR-in birgə qrant layihəsində iştirak edirlər

Biofizika İnstitutunun əməkdaşları AMEA və CNR-in birgə qrant layihəsində iştirak edirlər

Biofizika İnstitutunun direktoru v.i.e., AMEA-nın müxbir üzvü Oktay Qasımov və institutun innovasiya və transfer üzrə direktor müavini, tibb üzrə fəlsəfə doktoru Azad Əbdürrəhimov İtaliyanın Milan şəhərində elmi ezamiyyətdə olublar.

www.science.gov.az saytı yazır ki, AMEA ilə CNR-in (The Italian National Research Council – İtaliyanın Milli Tədqiqat Şurası) əməkdaşlığı çərçivəsində "EPR, İG-Furye, konfokal Raman və NMR spektroskopiyaları vasitəsi ilə biomaterialların struktur və fotofiziki xassələrinin tədqiqi" adlı ikitərəfli qrant lahiyəsi üzrə iş aparılır. Layihənin icraçıları Azərbaycan tərəfindən AMEA-nın müxbir üzvü O.Qasımov, İtaliya tərəfindən isə bu ölkənin Makromolekulların Tədqiqi İnstitutunun əməkdaşı, professor H. Molinaridir.

Artıq bu layihə üzrə yüksək impakt faktorlu jurnalda məqalə (Ragona L, Gasymov O.K, Guliyeva  A.J,  Aslanov R.B,  Zanzoni S., Botta C, Molinari H., Rhodamine binds to silk fibroin and inhibits its self-aggregation, Biochim Biophys Acta) də çap olunub.

Ezamiyyət çərçivəsində Biofizika İnstitutunun əməkdaşları İtaliyanın Makromolekulların Tədqiqi İnstitutuna səfər edərək bu qurumun fəaliyyəti ilə yaxından tanış olublar.

Görüşdə qrant layihəsi üzrə qarşılıqlı razılaşmaya əsasən hər iki tərəfin apardığı tədqiqatların nəticələri, hazırlanacaq məqalələr və gələcək planlara dair geniş müzakirələr aparılıb, bir sıra innovativ təkliflər irəli sürülüb.

                                      

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

11 Oktyabr 2018 18:23 - ELM
ELM

Ən son xəbərləri səhifəmizdən də izləyin