Ən son xəbərlər
AMEA Rəyasət Heyətinin üzvü v.i.e., Riyaziyyat və Mexanika İnstitutunun Qeyri-harmonik analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Bilal Bilalov, həmin şöbənin aparıcı elmi işçisi, dosent Telman Qasımov və Funksional analiz şöbəsinin baş elmi işçisi, professor Araz Əliyev Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində keçirilən "Spektral nəzəriyyə və qarışıq məsələlər" adlı beynəlxalq elmi konfransda iştirak ediblər.
www.science.gov.az saytı yaır ki, Başqırdıstan Dövlət Pedaqoji Universitetinin professoru Y.Sultanayevin 70 illik yubileyinə həsr olunan tədbirdə B.Bilalov “Morri tip fəzalarda həyəcanlanmış eksponent sistemlərin bazisliyi haqqında”, T.Qasımov “İkinci tərtib kəsilən diferensial operatorun məxsusi funksiyalarının bazisliyi haqqında”, A.Əliyev isə “Elastiklik nəzəriyyəsi məsələsini modelləşdirən dördüncü tərtib operator-diferensial tənliyin həll olunması haqqında” mövzusunda plenar məruzələrlə çıxış ediblər.
Səfər çərçivəsində AMEA-nın müxbir üzvü Bilal Bilalov Başqırdıstan Dövlət Universitetinin Sterlitamak filialının rektoru Svetlana Mustafina və onun müavini Vladimir Krizskiy ilə görüşüb. Görüşdə kimyada riyazi modelləşdirmə və təsvirlərə görə yer səthinin öyrənilməsi sahəsində əlaqələrin yaradılması barədə müzakirələr aparılıb.
Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”
Ən son xəbərləri səhifəmizdən də izləyin