Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cari ilin ilk altı ayında tütün məmulatlarının istehsalı 95,9 faiz artıb

Cari ilin ilk altı ayında tütün məmulatlarının istehsalı 95,9 faiz artıb

Cari ilin ilk 6 ayında Bakı şəhəri üzrə qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 468,6 milyon manat dəyərində məhsul istehsal olunub.

Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalı 95,9 faiz, içki istehsalı 0,1 faiz artıb, qida məhsullarının istehsalında isə 10,6 faiz azalma müşahidə edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sahələrin əsas məhsullarından olan kolbasa məmulatlarının istehsalı 1,3 faiz, şirin peçenye 37,1 faiz, digər içli şokolad şirniyyat məmulatları isə 16,3 faiz artıb.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

7 2018 17:07 - İQTİSADİYYAT
İQTİSADİYYAT
13 İyul 2019 | 17:10
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə