Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycanın palçıq vulkanları” kataloqunun yeni sayı nəşrə hazırlanıb

“Azərbaycanın palçıq vulkanları” kataloqunun yeni sayı nəşrə hazırlanıb

AMEA Geologiya və Geofizika İnstitutunun alimlərinin birgə səyi ilə “Azərbaycanın palçıq vulkanları” kataloqunun yeni sayı çapa hazırlanıb. Bu buraxılışda son 10 ildə qeydə alınmış 28 palçıq vulkanının püskürmələrinə dair məlumat verilir. Bildirilir ki, Azərbaycanın 93 palçıq vulkanında son 200 ildə 418 püskürmə qeydə alınıb.

www.science.gov.az saytı yazır ki, kataloqda Azərbaycan palçıq vulkanlarının təsnifatı, onların yerləşdiyi ərazilərin geoloji xüsusiyyətləri, püskürmə məhsullarının geokimyası, püskürmələrin səciyyəvi təsviri və s. məlumatlar əksini tapıb.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

11 Oktyabr 2018 17:58 - ELM
ELM

Ən son xəbərləri səhifəmizdən də izləyin