• RUB: 0.0257
  • TRY: 0.2890
  • EUR: 1.9635
  • USD: 1.7000
  • Bakı + 17 ° C / 77

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Naqif Həmzəyev: “İstismar müddəti bitmiş atom elektrik stansiyaları bəşəriyyət üçün çox böyük təhlükə mənbəyidir”

Naqif Həmzəyev: “İstismar müddəti bitmiş atom elektrik stansiyaları bəşəriyyət üçün çox böyük təhlükə mənbəyidir”

Bu sözləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev qurumun payız sessiyasının bugünkü iclasında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, dünya iki böyük bomba - Xiroşima və Naqasaki atom bombalarının törətdiyi təxribatı 1945-ci ildə yaşadı: “Minlərlə günahsız insan həyatını itirdi, minlərlə adam isə ağır yaralandı. Birbaşa və ya dolayısı yolla radiasiyaya yoluxan insanların qazandığı xəstəliklər və deformasiyalar qəzadan sonrakı on illərlə davam etdi. Zamanca yeni baş vermiş olan Fukuşima və Çernobl hadisələri bir daha göstərdi ki, bu kimi qəzalar Avropa üçün hansı dərəcədə zərər və fəsadlar törədə bilər”.

N.Həmzəyev həmçinin enerjinin də önəmli məsələ olduğunu deyib: «Ona görə də biz daha müasir və inkişaf etmiş texnologiyalı, idarəolunan atom elektrik stansiyası inşa etməliyik.  Kiçik və köhnə tikililər heç də beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmamalıdır. Nəzərə alsaq ki, biz daima inkişafda olan bir dünyada yaşayırıq, bu halda daha təhlükəsiz və müasir stansiyaların inşası başlıca şərtdir. Bu səbəbdən Türkiyənin Akkuyu bölgəsində inşa olunan atom elektrik stansiyasının müasir texnoloji standartlara cavab verməsi nəzərə alınmalıdır. Biz istismar müddəti bitmiş atom elektrik stansiyalarından istifadəni dayandırmalıyıq, çünki onlar bəşəriyyət üçün çox böyük təhlükə mənbəyidir».

«Avropanın nüvə təhlükəsizliyindən danışarkən qeyd etməliyik ki, atom elektik stansiyalarının əməliyyatları zamanı təhlükəsizlik qaydalarına əməl etmədən istismar müddəti bitmiş atom elektrik stansiyalarının istifadəsi su hövzələrinin və transregional çayların radioaktiv çirklənməsinə səbəb ola bilər. Bütün bu proseslər ölkələrimiz arasında lazımsız münaqişələrə və anlaşılmazlıqlara səbəb olur. Buna görə də nüvə silahına malik və radioaktiv materialların qanunsuz dövriyyəsi ilə məşğul olan istənilən bir ölkə beynəlxalq aləmi təhlükə qarşısında qoyur. Yekun olaraq nüvə təhlükəsizliyi probleminin həlli və Avropanın rifahı üçün konkret addımlar atılmalıdır! Gəlin Avropanı daha demokratik, məhsuldar və təhlükəsiz yaşayış yeri olaraq qoruyub saxlayaq!» deyə  azərbaycanlı deputat vurğulayıb.

Məlumat üçün bildirək ki, oktyabrın 8-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası işə başlayıb. 

 

Hamlet Qasımov,
“Xalq qəzeti”

11 Oktyabr 2018 15:52 - CƏMİYYƏT
CƏMİYYƏT
15 Oktyabr 2018 | 17:13
Arı südünü necə alırıq?

Ən son xəbərləri səhifəmizdən də izləyin