Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tacikistan Respublikasının Prezidenti Zati-aliləri cənab Emoməli Rəhmona

Hörmətli Emoməli Şərifoviç,

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Biz dost Tacikistanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlarına və beynəlxalq arenada nüfuzu­nun artmasına sevinirik.

Ölkələrimizi ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan ikitərəfli əlaqələrimiz xalqlarımı­zın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Dünyanın üzləşdiyi COVID-19 pande­miyası ilə mübarizədə Azərbaycan xalqının dost Tacikistan xalqı ilə həmrəy olduğunu vurğulamaq istəyirəm.

Hörmətli Emoməli Şərifoviç, belə bir xoş gündə Sizə ən xoş arzularımı yetirir, Tacikistan Respublikasına əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 sentyabr 2020-ci il

9 Sentyabr 2020 03:10 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə