• RUB: 0.0257
  • TRY: 0.2890
  • EUR: 1.9635
  • USD: 1.7000
  • Bakı + 17 ° C / 77

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Keçmiş prezidentin oğlu həbsdən azad edilib

Keçmiş prezidentin oğlu həbsdən azad edilib

Misir Baş Prokurorluğu sabiq prezident Məhəmməd Mursinin kiçik oğlu Abdullanı çərşənbə günü girov müqabilində zaminə buraxıb.

Bu barədə “Al-Watan” xəbər portalına istinadən Strateq. az saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, qərar nəzarət orqanının rəhbəri Nabil Sadiq tərəfindən qəbul olunub. Abdulla bir neçə saatlıq dindirilmədən sonra 280 dollar müqabilində sərbəst buraxılıb.

Xatırladaq ki, o, Misir paytaxtının qəsəbəsindəki evində hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb və Dövlət Təhlükəsizlik İdarəsi Prokurorluğunun müstəntiqlərinə təhvil verilib. Abdullanın saxlanılmasına onun milli təhlükəsizlik və ictimai asayişi pozan yalan məlumat və xəbərlər yayması səbəb olub.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

11 Oktyabr 2018 12:19 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin