Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Altı ayda paytaxtda ictimai iaşə dövriyyəsi 5,2 faiz artıb

Altı ayda paytaxtda ictimai iaşə dövriyyəsi 5,2 faiz artıb

Bu ilin 6 ayında paytaxtın ictimai iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,2 faiz artaraq 451,1 milyon manata çatıb. Dövriyyənin 99,5 faizi qeyri-dövlət sektorunun müəssisələri hesabına formalaşıb.

Bakı Şəhər Statistika İdarəsindən bildiriblər ki, bu sektorda iaşə dövriyyəsinin 49,4 faizi hüquqi şəxs statuslu müəssisələrin, 50,6 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.

Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin yanvar-iyun aylarına nisbətən müqayisədə 20,9 faiz artaraq 223,8 milyon manat olub.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

7 2018 17:05 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə