Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sentyabrın 7-də gözlənilən hava şəraiti

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə sentyabrın 7-də Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz  29-34, Bakıda gecə 20-22, gündüz 31-33 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz  təşkil edəcək. 

Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Sentyabrın 7-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,  lakin axşam bəzi şimal və qərb rayonlarənda  şimşək çaxacağı, arabir yağış yağacağı,  ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 17-22, gündüz 31-36, dağlarda gecə 13-18, gündüz  20-25 dərəcə  isti olacaq.  

7 Sentyabr 2020 17:23 - EKOLOGİYA
EKOLOGİYA
2 Sentyabr 2020 | 16:19
Sentyabr ayına olan hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə