Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Q.Paşayeva son həftə 200-dən çox vətəndaşın qayğı, təkliflərini dinləyib

Milli Məclisin deputatı və Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 1 həftədə 165 nəfər vətəndaşımızı qəbul edib və online qaydada görüntülü danışıb, onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb.

Eyni zamanda deputatın köməkçisi tərəfindən 150-dən çox müraciət dinlənilib. Qənirə Paşayeva həmin məsələlər barədə də aidiyyatı qurumlara müraciətlər edib. Müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb. Sakinlərin müraciətləri arasında müalicə, təhsil, işə qəbul, ünvanlı sosial yardım, xəstəliyə görə əlillik pensiyası almaq, su, qaz, işıq, yol problemləri, məhkəmə qərarlarının icrası ilə bağlı məsələlər daha geniş yer tutub.

Aliment ala bilməyən qadınlardan gələn müraciətlərin sayının ciddi narahatlıq doğuracaq dərəcədə artması nəticəsində məlum olub ki, cəmiyyətdə problem hələ də geniş vüsət alır. Məsələdən ciddi narahatlıq yaşayan millət vəkili bununla bağlı müvafiq qurumlarla ciddi müzakirələr aparıb və məsələnin həlli istiqamətində görülən işlərin sürətlənməli olduğunu bildirib.

Vətəndaşlarla müzakirələr zamanı Qənirə Paşayeva vətəndaşlarımızla koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparıb. O, eyni zamanda, Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında COVİD --19-un ölkəmizdə geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması ilə bağlı da geniş məlumatlar verib və onları Covid --19 dan qorunmaq üçün qaydalara əməl etməyə çağırıb.

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva eyni zamanda son 1 həftədə 40-a yaxın mədəniyyət sahəsi işçilərini onların müraciətləri əsasında tək-tək qəbul edib, onların qaldırdıqları təkliflər barədə geniş fikir mübadiləsi aparılıb. Mədəniyyət sahəsi işçilərinin qaldırdığı problemlər, təkliflər əsasında Qənirə Paşayeva bir sıra qurumlara rəsmi müraciətlər göndərib və onların rəhbərləri ilə həmin məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

7 Sentyabr 2020 12:16 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
29 Sentyabr 2020 | 14:04
O gün həqiqətən uzaqda deyil

Köhnə versiyamızdan xəbərləri izlə