Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gələn il cari əməliyyatlar balansında ÜDM-in 3,1 faizi qədər kəsir gözlənilir

2021-ci il üzrə cari əməliyyatlar balansında ÜDM-in 3,1 faizi səviyyəsində və ya təqribən 1,4 milyard ABŞ dolları həcmində kəsir proqnozlaşdırılır.

Maliyyə Nazirliyi bildirir ki, cari və növbəti ildə ticarət balansındakı profisit cari əməliyyatlar balansındakı kəsiri tam örtə bilməyəcək. Neft qiymətlərinin müxtəlif ssenariləri üzrə proqnozlara əsasən bu il və növbəti ildə cari hesab balansında kəsir proqnozlaşdırılsa da, ortamüddətli dövrdə profisit gözlənilir ki, bu da, öz növbəsində, valyuta bazarında sabitliyi möhkəmləndirəcək. Bununla belə növbəti illərdən xidmətlər balansındakı kəsirin azalması cari əməliyyatlar balansında profisitin formalaşmasına artırıcı təsir göstərəcək.

Postpandemiya dövründə neqativ təsirlərin azaldığı şəraitdə ölkə iqtisadiyyatında əsas bərpa meyilləri ilə yanaşı ixracın şaxələnmə səviyyəsinin də artması gözlənilir. Yerli istehsalın artırılması hesabına idxaldan asılılığı minimuma endirmək məqsədilə həyata keçirilən tədbirlər nəticəsində ölkədən ixrac edilən malların həcminin artacağı gözlənilir. Rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının təşviqi sahəsində bir sıra mühüm tədbirlərin həyata keçirilməsi fonunda ortamüddətli dövr ərzində xarici ticarət balansının mütəmadi artımı gözlənilir.

V.BAYRAMOV,
“Xalq qəzeti”

7 Sentyabr 2020 12:13 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə