• RUB: 0.0257
  • TRY: 0.2890
  • EUR: 1.9635
  • USD: 1.7000
  • Bakı + 17 ° C / 77

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATMU tələbələri İsrailin nüfuzlu otellərində peşəkar vərdişlərə yiyələnəcəklər

ATMU tələbələri İsrailin nüfuzlu otellərində peşəkar vərdişlərə yiyələnəcəklər

 Oktyabrın 9-da Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru İlham Mədətov və universitetin nümayəndələri ilə İsrail Respublikasının ölkəmizdə fəaliyyət göstərən səfirliyinin əməkdaşları arasında görüş keçirilib.

Universitetdə təşkil olunan görüşdə başlıca məqsəd ali təhsil müəssisəsi ilə İsrailin turizm təşkilatları arasında mövcud əlaqələri gücləndirməklə bərabər, inkişafa nailolmaya dair fikir mübadiləsi aparmaq idi.

Mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, 2008--2009-cu tədris ilindən indiyədək ATMU tələbələrindən 238 nəfəri İsrail Respublikasının müxtəlif şəhərlərində fəaliyyət göstərən nüfuzlu otellərdə və turizm iaşə obyektlərində keçirdikləri istehsalat təcrübəsini uğurla başa vurublar. Elə bu səbəbdən qarşıdakı tədris ilində də tələbələrin İsraildə istehsalat təcrübəsinin təşkili nəzərdə tutulub. Tələbələr İsrailin tanınmış otellərində otelçilik sənətinin incəliklərini öyrənəcək, peşəkar vərdişlərə yiyələnəcəklər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

11 Oktyabr 2018 11:26 - TƏHSİL
TƏHSİL

Ən son xəbərləri səhifəmizdən də izləyin