Ən son xəbərlər

Son buraxılış
Arxiv

Q.Paşayeva İslamafobiyanın artmasında Avropa ölkələrinin yanlış siyasətini tənqid edib.

Q.Paşayeva İslamafobiyanın artmasında Avropa ölkələrinin yanlış siyasətini tənqid edib.

AŞPA-da “Radikallaşma və islamofobiyanın qarşısını almaq məqsədilə Avropada İslamın xaricdən maliyyələşməsi”, “Avropada miqrantların və diaspor icmalarının radikallaşması” mövzularında keçirilən birgə müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva  Azad Demokratlar Qrupu adından çıxış edib.

Deputat Avropada İslamafobiyanın artmasında əsas səbəb Avropa ölkələrinin müsəlmanlara, qaçqın və köçkünlərlə bağlı yanlış siyasətini göstərib və tənqid edib: ”Hörmətli həmkarlar, mən  Avropada müsəlman icmaları üçün böyük maraq kəsb edən bu hesabatları hazırlayanlara təşəkkürümü bildirirəm. Mən Avropada müsəlman icmalarının və miqrantlarının üzləşdiyi çox mühüm ümumi problemlərdən danışmaq istərdim. Türkiyə milyonlarla qaçqın və miqrantları qəbul etdiyi halda, Avropanın az sayda qaçqınları qəbul etmək istəməməsi və hətta müəyyən qəti tədbirlər görməsi narahatlıq doğurur.

Sülh və əmin-amanlıq tapmaq ümidilə Avropaya gedən, yolda bir çox çağırışlarla üzləşən miqrantlar Avropada islamofobiya və ksenofobiya ilə qarşılaşır və Avropaya daxil olan kimi öz kimliklərindən imtina etmək məcburiyyətində qalırlar. Beynəlxalq birlik bu çağırışları nəzərə almalıdır. Miqrantlatın radikal inanclara meyilli kimi təsvir edilməsi onların məskunlaşdığı ölkələrdə radikallaşmağa gətirib çıxaracaq. Avropada radikallaşmanın əsas səbəbi miqrantların sahib olduğu müxtəlif kimliklərinə olan mənfi yanaşmadır.  Onların vahid kimlik seçməyə məcbur edilməsi ciddi narahatlıq doğurur.  Avropada İŞID kimi terror təşkilarlarında təhsilli gənc adamların yüksək iştirak dərəcəsi aydın şəkildə onu göstərir ki, problemin kökündə Avropa ölkələrinin yürütdüyü səhv siyasət dayanır. Son illər media və siyasi dairələr Avropa cəmiyyətlərinə artan qaçqın axınları ilə qorxu aşılamağa çalışırlar. Bu axının qarşısını almaq məqsədilə sərhədlərin bağlanması və ya insan ləyaqətinə xələl gətirən tədbirlərin görülməsi heç vaxt müsbət nəticə verməyəcək. Üzv-dövlətlərin düzgün inteqrasiya siyasətinə və immiqrasiyaya düzgün yanaşması miqrantların radikallaşmasının qarşısını almaq üçün effektiv həllin mühüm tərkib hissəsidir. Bu səbəbdən Avropada yaşayan miqrant icmaların və müsəlman icmalarının ehtiyacları və ideyaları nəzərdən keçirilməli və qiymətləndirilməlidir”.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

11 Oktyabr 2018 11:23 - SİYASƏT
SİYASƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin