Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sağlamlıq imkanları məhdud uşaqların qatıldığı inkluziv idman yarışları təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə Azərbaycan Xüsusi Olimpiya Komitəsi əsasən sağlamlıq imkanları məhdud uşaqların qatıldığı inkluziv idman yarışları təşkil edib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda baş tutan yarışlarda  əksəriyyəti dövlət uşaq müəssisələrindən, habelə sosial müəssisələrdən,  inklüziv orta məktəblərin məzunlarından, fərqli sahələrə aid məşq prosesinə cəlb olunmuş şəxslərdən ibarət olmaqla 80-dən çox şəxs qatılıb. Qaçış növü üzrə keçirilən yarışların təşkilində məqsəd bu kateqoriyadan olan uşaqların idmana, Xüsusi Olimpiya hərəkatına  marağının artırılması, onlar arasında bədən tərbiyəsi və idmanın təbliği, cəmiyyətə inteqrasiyasının dəstəklənməsidir.

2021-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyan yarışların qalibləri Sosial Xidmətlər Agentliyi və Xüsusi Olimpiya Komitəsi tərəfindən mükafatlandırılıb.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

5 Sentyabr 2020 10:45 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə