• RUB: 0.0257
  • TRY: 0.2890
  • EUR: 1.9635
  • USD: 1.7000
  • Bakı + 17 ° C / 77

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bilik Fondu tarix müəllimləri və tələbələrin tarixçi alimlərlə görüşünü təşkil edib

Bilik Fondu tarix müəllimləri və tələbələrin tarixçi alimlərlə görüşünü təşkil edib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında “Cümhuriyyət tariximiz məktəbli auditoriyasında” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə Bakı şəhərinin orta ümumtəhsil məktəblərinin tarix müəllimləri, tarixçi alimlər, Bilik Fondunun əməkdaşları, fondun “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri iştirak ediblər.
Bilik Fondunun “Cümhuriyyət tariximiz qürurumuzdur” layihəsi çərçivəsində həyata keçirilən tədbiri giriş sözü ilə açan icraçı direktor Oktay Səmədov “Azərbaycan Xalq Cümhuriyyəti ili”ndə görülən işlərdən, həyata keçirilən maarifləndirici layihələrdən bəhs edib. İcraçı direktor elm və təhsilin inteqrasiyasının vacibliyinə xüsusi diqqət yetirərək, birgə fəaliyyətin önəmini vurğulayıb. 
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov “Cümhuriyyət tariximiz məktəbli auditoriyasında” mövzusunu geniş şərh edib. Tarixçi alim Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasəti, təhsil və aqrar sahədə görülən işlər barədə geniş məlumat verib, xarici ölkələrin arxivlərindən əldə olunan materialların soraq verdiyi həqiqətləri tədbir iştirakçılarının nəzərinə çatdırıb. “Dəyirmi masa”da tarix dərsliklərinin vəziyyəti barədə fikirlər səsləndirilib, AXC tarixinin tədrisi ilə bağlı geniş müzakirələr aparılıb. Tarixçi alimlər iştirakçıların çoxsaylı suallarını cavablandırıblar. 
“Dəyirmi masa” iştirakçıları tarix fənninin tədrisi ilə əlaqədar Bilik Fondunun Sosioloji Sorğu Mərkəzinin keçirdiyi sorğunun nəticələri ilə tanış olublar.
Bilik Fondunun mətbuat xidməti bildirir ki, tədbir çərçivəsində Cümhuriyyət tariximizi əks etdirən yeni nəşrlər nümayiş edilib.

“Xalq qəzeti” 

11 Oktyabr 2018 01:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin