Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağsu, Şamaxı, Şabran və Yevlax rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Ağsu, Şamaxı, Şabran və Yevlax rayonlarının əhalisi 42678 nəfər olan 16 yaşayış məntəqəsində (siyahı əlavə olu­nur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırıl­ması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 17 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılma­sı məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə su­bartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,19 milyon (bir milyon bir yüz doxsan min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirli­yi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu

Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 sentyabr 2020-ci il

3 Sentyabr 2020 03:03 - SƏRƏNCAMLAR
SƏRƏNCAMLAR

Köhnə versiyamızdan xəbərləri izlə