Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıtda gənclər təşkilatları hesabat verdi

Sumqayıtda gənclər təşkilatları hesabat verdi

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclər Evində 2018-ci ilin 9 ayı ərzində şəhərin müxtəlif sahələrində fəaliyyət göstərən gənclər təşkilatları ilə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilmişdir. 
Baş İdarənin gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov ümummilli lider Heydər Əiyevin siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin digər bölgələrində olduğu kimi, Sumqayıtda da dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini bildirmiş, şəhər rəhbərinin diqqət və qayğısı nəticəsində Sumqayıtda həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, vətəndaşlıq mövqeyinin möhkəmləndirilməsi, istedadlı, yaradıcı gənclərin üzə çıxarılması və könüllülük hərəkatının genişləndirilməsi istiqamətində görülən işlərdən danışmış, ölkə başçısının 2017-ci il 15 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” haqqında iclas iştirakçılarına məlumat vermişdir. 
C.Hüseynov bildirmişdir ki, hesabat dövründə Baş İdarə tərəfindən keşirilmiş 92 müxtəlif tədbirdə 10000 nəfərə yaxın gənc tamaşaçı və iştirakçı qismində iştirak etmişdir.
Görüşdə Sumqayıt Dövlət Universitetinin tələbə-gənclər təşkilatının sədri Nicat Hüseynov, Asan Xidmət Mərkəzinin Gənclər Birliyinin üzvü Rza Mirzəzadə, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının üzvü Emin Əliyev, Sumqayıt Gənclər Evinin əməkdaşı Məhəmməd Hüseynov, Sumqayıt Gənclər Klubunun sədri Teymur Aslanlı təşkilatın fəaliyyəti ilə bağlı fikirlərini bölüşmüşlər. 

Əli NƏCƏFXANLI,
 “Xalq qəzeti”

11 Oktyabr 2018 01:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin