Ən son xəbərlər

Son buraxılış
Arxiv

Elman MƏMMƏDOV: Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir

Elman MƏMMƏDOV: Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir

“Ölkəmizdə bütün sahələrdə, o cümlədən sosial sahədə dövlət siyasəti uğurla həyata keçirilir. Bu istiqamətdə reallaşdırılan siyasət, aparılan islahatlar öz müsbət nəticələrini göstərir. Dövlətin sosial siyasəti nəticəsində əhalinin rifah halı daha da yüksəlir, güzəranı yaxşılaşır, yeni iş yerləri açılır və yoxsulluğun ümumi səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşür. Sosial siyasət dövlət tərəfindən müvafiq qanun və dövlət proqramları ilə tənzimlənir və icra olunur. Əhalinin aztəminatlı təbəqəsi, xüsusilə məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların sosial problemlərinin həlli daim gündəmdədir”. Bunu Milli Məclisin deputatı Elman məmmədov bildirdi. 
Deputat dedi ki, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı öz nitqində bu sahəni yenidən gündəmə gətirərək, yekun nitqində qeyd etdi ki, gələn ilin büdcəsi həm investisiyayönümlü, həm də sosialyönümlü olacaqdır. Bütün sosial layihələr icra ediləcək.
Sosial layihələrin qarşıya qoyduğu vəzifələrdən biri də məcburi köçkünlərin sosial müdafiəsinin daha da gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Bu məsələnin daim diqqət mərkəzində saxlanıldığını vurğulayan E. Məmmədov dedi ki, möhtərəm Prezidentimiz ­İlham Əliyev yekun nitqində bu məsələni də gündəmə gətirdi: “100-dən çox şəhərciyin salındığını qeyd edən respublikamızın rəhbəri bu xeyirxah missiyada özəl sektorun fəaliyyətini xüsusi vurğuladı. Bildirdi ki, məcburi köçkünlər üçün böyük şəhərcik salınıb, Qobu qəsəbəsində mindən çox mənzil özəl sektor tərəfindən inşa edilib və köçkünlərə təqdim olunub. Həmin təşəbbüsü alqışladığını bildirən ölkə başçısı bu prosesin Azərbaycanda vüsət alacağına əminliyini ifadə etdi”. 
Ölkə rəhbərinin bu ilin doqquz ayında məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan söhbət açdığını diqqətə çatdıran E.Məmmədov bildirdi ki, həmin dövrdə 2900 məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunub: “Dövlətimizin başçısı dedi ki, ilin sonuna qədər əlavə 2800 ailə evlərlə, mənzillərlə təmin ediləcək. Beləliklə, bu il 5700 ailə – təxminən 25 min insan evlərlə, mənzillərlə təmin olunacaq. Həmçinin qeyd edildi ki, bu il Sumqayıt şəhərində, Kürdəxanı, Mehdiabad, Ramana, Masazır qəsəbələrində, Abşeron, Tərtər, Qaradağ rayonlarında məcburi köçkünlər üçün binalar, evlər tikilir və onların sərəncamına verilir. Belə olan halda, ilin sonuna qədər evlərlə, mənzillərlə təmin ediləcək məcburi köçkünlərin sayı 300 minə çatacaq”.
 

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

11 Oktyabr 2018 01:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 Dekabr 2018 | 00:07
“Mən Azərbaycanam”
16 Dekabr 2018 | 00:06
Bu yol Poladlıya aparır

Ən son xəbərləri səhifəmizdən də izləyin